Modern.az

Azərbaycanlı iş adamlarına kömək etməyə hazırıq - Lvov rəhbəri

Azərbaycanlı iş adamlarına kömək etməyə hazırıq - Lvov rəhbəri

Aktual

5 Aprel 2024, 21:57

Generatorlar, transformatorlar və digər enerji avadanlıqları şəklində köməyə, müharibə nəticəsində zərər çəkmiş uşaqları reabilitasiya və istirahət üçün qəbul etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkür edirəm.

 

Modern.az xəbər verir ki, bunu Lvov vilayəti hərbi administrasiyasının başçısı Maksim Kozitski Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüş zamanı bildirib.

 

“Azərbaycan biznesi tərəfdaşlıqda maraqlıdırsa, Lvov vilayəti dövlət administrasiyası bütün məsələlər üzrə kompleks dəstək verəcək. Genişmiqyaslı müharibə başlayandan bəri çətinlik çəkən insanlara qida və sığınacaqlarda kömək edən, hətta könüllülər mərkəzi yaradan fəal Azərbaycan icmasına ayrıca təşəkkür edirəm”, - deyə Maksim Kozitski əlavə edib.

 

Görüş zamanı səfir Seymur Mərdəliyev Lvov vilayətinin sənaye, enerji və nəqliyyat, logistika və turizm sahələrində əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb. O, bu istiqamətlərdə regionlararası əməkdaşlığı dərinləşdirilməyi təklif edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal