Modern.az

Gürcüstanla Rusiya arasında kritik Cenevrə danışıqları

Gürcüstanla Rusiya arasında kritik Cenevrə danışıqları

6 Aprel 2024, 00:19

Gürcüstan ilə Rusiya arasında Cenevrə Beynəlxalq Müzakirələrinin (CBM) növbəti - 60-cı raundu keçirilib.

 

Modern.az xəbər verir ki, görüş aprelin 4-5-də baş tutub. Yerli mətbuatın yazdığına görə, son dərəcə mürəkkəb regional və geosiyasi mühitə baxmayaraq, iştirakçılar CBM prosesinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

 

Tərəflər sonuncu görüşün keçirildiyi 2023-cü ilin dekabrından sonra təhlükəsizlik vəziyyətinə nəzər salıb, vəziyyəti nisbi-stabil qiymətləndiriblər.

 

Məlumata görə, CBM-in növbəti raundu 25-26 iyun tarixlərində keçiriləcək. Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia görüşdən sonra yerli KİV-ə açıqlamasında bildirib ki, tərəflər hətta fundamental məsələlərdə belə razılığa gələ bilməyiblər.

 

O, qaçqınların öz evlərinə qaytarılması məsələsi müzakirəyə çıxarılan kimi Rusiya nümayəndə heyətinin danışıqlar masasını tərk etdiyini deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular