Modern.az

Türkiyə Tacikistan üçün viza rejimini bərpa etdi

Türkiyə Tacikistan üçün viza rejimini bərpa etdi

6 Aprel 2024, 08:15

Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. 

 

Qərarın niyə verildiyi açıqlanmayıb.

 

“Resmi Gazete”də dərc olunan qərarın mətnində deyilir: “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğvinə qərar verilib”.

 

Xatırladaq ki, Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktı törətməkdə ittiham olunanlardan ən azı ikisi hücumdan əvvəl İstanbula səfər edib. "Reuters" agentliyinin məlumatına görə, onlar bunu Rusiya Federasiyasında yaşamaq icazəsini yeniləmək üçün ediblər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular