Ukrayna Silahlı Qüvvələri bütün Rusiya Tu-95MS bombardmançılarının 5%-ni məhv etmiş ola bilər.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) bülletenində qeyd olunub.
Bildirilib ki, dronlar adətən yalnız ayrı-ayrı aviabazalara hücum edir və eyni anda bir neçə zərbə vurmaq qabiliyyəti imkanlarda əhəmiyyətli dəyişiklikdir.
"Engels-2" aerodromunda 3 ədəd Tu-95MS strateji bombardmançı təyyarənin zədələnməsi təsdiqlənərsə, Rusiya Federasiyasının artıq bu təyyarələrin təxminən 5% -ni itirdiyini iddia etmək olar və bu, artıq əhəmiyyətli itkidir.
Aerodromlara davamlı hücumlar Rusiya Aerokosmik Qüvvələrinin bütün Ukrayna ərazisində raket və hava zərbələri endirmək imkanlarını pisləşdirəcək.