Meksika Ekvadorla əlaqələrini kəsib. Bu, Ekvador polisinin ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün Meksika səfirliyinə basqın etməsindən sonra baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador X sosial şəbəkəsindəki bloqunda yazıb.
Polisin səfirliyə basqın etməsi nəticəsində Ekvadorda Meksikadan olan diplomatlar yaralanıb.
"Meksika diplomatik heyətinin Ekvadorda aldığı xəsarətləri nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir", - deyə nazir X sosial şəbəkəsində yazıb.
O, Ekvador tərəfinin diplomatik missiyaya hücum etməklə Vyana Konvensiyasını kobud şəkildə pozduğunu vurğulayıb.
Bundan əvvəl Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas Meksikadan siyasi sığınacaq istəmişdi.
Meksika hökuməti isə Ekvador vitse-prezidentinə siyasi sığınacaq verilməsi qərarını rəsmən təsdiqləmişdi.
Ekvador səlahiyyətlilərinə görə, Meksikanın keçmiş vitse-prezidentə siyasi sığınacaq vermək qərarı qanunsuzdur.
Ekvador polisi artıq ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası saxlayıb.
"Dekabr ayından Meksikanın Kitodakı səfirliyində yaşayan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas saxlanılıb", - Reutersin xəbərində bildirilib.
Ekvadorun keçmiş vitse-prezidenti korrupsiya işində ittiham olunur.