Ukraynanın müdafiə naziri Rustem Umerov və baş qərargah rəisi Aleksandr Sirski Pentaqonun rəhbəri Ostinlə telefon danışığı aparıblar.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, Pentaqonun açıqlamasında Sırskinin adı çəkilmir, yalnız Umerovla söhbətdən bəhs olunur.
ABŞ müdafiə nazirinə mövcud vəziyyət və Rusiyanın Ukrayna şəhərlərinə və mülki infrastrukturuna son hücumları barədə ətraflı məlumat verdikdən sonra Ukraynanın orta müddətli və təcili ehtiyacları, o cümlədən hava hücumundan müdafiə sistemləri və raketlərinin artırılması müzakirə olunub.
Məlumata görə, hər iki şəxs "yerdəki hadisələr və Rusiyanın davam edən hava hücumlarının mühüm mülki infrastruktura təsiri haqqında" danışıblar.
Ostin və Umerov həmçinin Ukraynanın ən aktual ehtiyaclarını müzakirə ediblər.