Avstriya kansleri Karl Nehammer bildirib ki, onun Ukraynadakı münaqişə ilə bağlı mövqeyi Fransa prezidenti Emmanuel Makronun mövqeyindən fərqlənir.
Modern.az xəbər verir ki, Avstriya kansleri “Le Figaro” nəşrinə müsahibəsində bu barədə danışıb.
Onun sözlərinə görə, Makron “təhdid prinsipinin tərəfdarıdır”, kansler isə “ehtiyat prinsipinin tərəfdarıdır”. Eyni zamanda, hər ikisi Ukraynaya dəstək və həmrəylik məsələlərində razılaşırlar.
“Biz həmçinin hesab edirik ki, münaqişə tərəflərinin bir-biri ilə yenidən ünsiyyət qurması formatına ehtiyac var. Bunun əsası Zelenskinin sülh planıdır. Ona görə də biz davamlı sülhün bərqərar olması məqsədi ilə razıyıq. Razılaşmadığımız yer bu məqsədə çatmaq üçün yol seçimindədir... Mən də hesab edirəm ki, nəzarətsiz eskalasiyadan qaçmaq üçün ehtiyat prinsipini tətbiq etməliyik”, - izah edib.