"Gürcüstan “xarici agentlər” haqqında qanun qəbul edərsə, Avropa İttifaqına daxil olmaq üçün tarixi şansını itirib-itirməyəcəyinə Aİ-nin digər ölkələri ilə məsləhətləşmələr yolu ilə qərar veriləcək".
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirib.
Onun sözlərinə görə, Almaniya hökuməti Gürcüstanda və xaricdə ictimai rəyin mənfi reaksiyasına baxmayaraq, “Gürcü arzusu”nun hələ də mübahisəli qanun layihəsini qəbul etmək niyyətində olmasından narahatdır.
Məlumata görə, bu mövzu Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzenin cümə günü, aprelin 12-də Almaniyaya gözlənilən səfəri zamanı müzakirə olunacaq.
Kobaxidzenin gələn həftə Berlində Federal Prezident Frank-Valter Ştaynmayerlə görüşü və kansler Olaf Şoltsla danışıqları planlaşdırılır.