Modern.az

Müharibə şəraitində Xarkovda yaşayan sakinlərin sayı AÇIQLANIB

Müharibə şəraitində Xarkovda yaşayan sakinlərin sayı AÇIQLANIB

6 Aprel 2024, 12:18

Xarkovda zərbələrə və elektrik enerjisinin kəsilməsinə baxmayaraq bir milyondan çox sakin qalır.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu şəhərin rəhbərliyi açıqlayıb.

 

Qeyd edilib ki, müharibədən əvvəl Xarkovda 1 milyon 400 mindən çox insan yaşayırdı, 2 milyonu isə şəhərətrafı ərazilərdə idi.

 

"Martın 22-də onlar bizim bütün elektrik stansiyalarımızı, bir transformatoru dağıdıblar. Bizdə ümumiyyətlə işıq yox idi. Xarkovu elektrik enerjisi ilə təmin edən İES də dağıdılıb. Bizdə elektrik enerjisi tam kəsilib, amma bacardıq, təchizatı bərpa etdik. Lakin martın 22-dən əvvəlki qədər deyil. Vəziyyət çox ağırdır”, - mer bildirib.

 

Onun sözlərinə görə, çətin vəziyyətə baxmayaraq, Xarkov Ukrayna şəhəridir və həmişə belə olacaq, lakin Rusiyanın hücumlarından qorunmaq üçün təcili olaraq raketlərdən və dronlardan qorunmaq lazımdır.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular