Modern.az

Brüssel görüşünün nəticəsi erməni eks-baş naziri məyus etdi: “Oh, Avropa!”

Brüssel görüşünün nəticəsi erməni eks-baş naziri məyus etdi: “Oh, Avropa!”

6 Aprel 2024, 13:10

Aprelin 5-də Brüsseldə keçirilmiş Paşinyan-Blinken-fon der Leyen görüşünün nəticələri Ermənistanda çoxlarını xəyal qırıqlığına uğradıb.

Modern.az xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün sosial şəbəkə hesabında dünənki görüşün nəticəsi olaraq ABŞ və Avropa İttifaqından (Aİ) İrəvana veriləcək maliyyə dəstəyini şərh edib.

“Oh, Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizidir”, - deyə Qrant Baqratyan təəssüflə vurğulayıb.

“Dünən Paşinyanın Brüsseldə uğur qazandığını “böyük sevinclə” öyrəndim. Təkcə 2024-cü ildə biz Aİ-dən 67,5 milyon avro, ABŞ-dan 65 milyon dollar və “Artsax erməniləri” üçün 7 milyon dollar alacağıq. Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir. Yaxşıdır, bəlkə heç bu da olmaya bilərdi. Çox sağ ol. Bəs ruslardan nə istəyirsiniz? 2024-cü ildə Rusiyadan vəsait axını 14 milyard dollar təşkil edəcək (5 milyard dollar transfer, 8 milyard dollar ixrac və 1 milyard dollar yanacaq subsidiyaları hesabına). Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir”

Xatırladaq ki, Aİ bəyan edib ki, 4 ildə Ermənistana 270 mln. avro vəsait ayıracaq, yəni hər il üçün cəmi 67,5 mln. avro, ABŞ isə ildə 65 mln. dollar yardım ayıracağını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular