Modern.az

Çindən Gürcüstana uçuşların sayı ARTIRILIR

Çindən Gürcüstana uçuşların sayı ARTIRILIR

6 Aprel 2024, 14:48

Çinin “China Southern Airlines” aviaşirkəti Gürcüstana uçuşların sayını artıracaq.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstan Hava Limanları Assosiasiyasının rəhbəri İrakli Karkaşadze bildirib.

 

Onun sözlərinə görə, söhbət yay mövsümündə Çinin Sintszyan-Uyğur muxtar rayonunun paytaxı Urumçi ilə Gürcüstan paytaxtı Tiflis arasında uçuşların artırılmasından gedir.

 

İndi onlar həftədə üç dəfə həyata keçirilir. Apreldə Gürcüstan və Çin arasında vizasız rejim haqqında saziş imzalanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular