Modern.az

Milli Məclis başıbəlalı qanun layihəsini nəhayət müzakirəyə çıxarır

Milli Məclis başıbəlalı qanun layihəsini nəhayət müzakirəyə çıxarır

Parlament

24 Oktyabr 2013, 10:05

2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olunduqdan sonra bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı gözlənilirdi. Mütəxəssislər xüsusilə “Elm siyasəti haqqında” qanunun qəbul olunmasının vacibliyini vurğulayırdılar. Çünki bu iki qanun təhsil sahəsində əsas sənədlər sayılır. Lakin uzun müddətdir ki, “Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasının gündəliyinə salınmır.

Milli Məclisin Elm və təhsil Komitəsi indiyədək bu qanunun qəbul edilməməsinə belə izah edirdi:

“Həqiqətən də qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır. Milli Məclisdə bu sənədin qəbul edilməsi üçün heç bir maneə yoxdur. Yalnız təhsillə bağlı müvafiq dövlət qurumlarının öz aralarında razılığa gələ bilməməsi üzündən məsələ ləngiyir. İlk baxışdan sadə görünən “Elm siyasəti haqqında” qanun layihəsi ölkənin elmlə bağlı bütün tərəflərini özündə ehtiva edir. Burada ziddiyətli məqamlar Milli Elmlər Akademiyası, elmi titullara görə dövlət tərəfindən verilən vəsait və s.-dir ki, bununla bağlı yekdil rəy yoxdur. Elə bu səbəbdən də adını çəkdiyimiz sənəd uzun illərdir ki, qovluqda qalıb”.

Hər sessiyanın başlanğıcında parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağını desə də, sessiyanın sonunda onun dediklərinin tam əksinin şahidi olmuşuq. 

Deyəsən uzun müddətdir müzakirəsi təxirə salınan qanun layihəsi nəhayət Milli Məclisin buliki payız sessiyasında gündəliyə çıxarılacaq.

Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, “Elm siyasəti haqqında” qanun layihəsi komitənin gündəliyindədir.

“Qanun layihəsi noyabr ayında Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”-deyə Şəmsəddin Hacıyev bildirib.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...