Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Tayvanda 7.4 bal gücündə zəlzələ baş vermişdi.
Modern.az BBC-yə istinadən xəbər verir ki, itki və yaralıların, habelə dağıntıların minimal miqyasda olmasının səbəbi araşdırılıb.
Belə ki, Tayvanın zəlzələyə reaksiyasında təsirli olan amillər əsasən bunlardır:
Erkən xəbərdarlıq sistemi: Adanın hər yerinə yerləşdirilən sensorlar zəlzələnin ilk titrəyişlərini aşkar edir və 2-8 saniyə ərzində cib telefonları və televizorlar vasitəsilə zəlzələ ocağının yaxınlığındakı əhaliyə xəbərdarlıq göndərilir. Doğrudur, bununla belə, sistemdə müəyyən nasazlıqların olması səbəbindən paytaxt Taypeyin bəzi sakinləri telefon xəbərdarlığı almamışdılar.
İctimai məlumatlandırma: Tayvanlılar zəlzələlərə öyrəşiblər və 1999-cu ildən sonra məktəb və iş yerlərində təlimlər məcburi hala salındıqdan sonra nə etməli olduqlarını bilirlər.
Sürətli müdaxilə qrupları: Adanın fəlakətə reaksiya komandası sosial medianı aktiv şəkildə izləyir və zərəri qiymətləndirmək və yardımın hansı nöqtələrə göndəriləcəyini müəyyən etmək üçün təhlükəsizlik kameralarına daxil ola bilir.