Erməni Katolik Kilsəsinin Patriarxı Rafael Pedros XXI Minasyan Erməni Apostol Kilsəsinin Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aramla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Bir saata yaxın davam edən görüşdə dini mövzuları, həmçinin "Livanı, Ermənistanı və bütövlükdə erməni xalqını narahat edən məsələləri" müzakirə etmək imkanı yaradılıb”, - deyə məlumatda bildirilir.
Detallar açıqlanmayıb.