Modern.az

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır

6 Aprel 2024, 16:56

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalına NHK-ya müsahibəsində qeyd edib.

 

Nazir müavini deyib ki, söhbət müxtəlif tipli dronlardan gedir.

 

Onun sözlərinə görə, ölkədə süni intellekt texnologiyalarından istifadə etməklə yeni tipli PUA-lar fəal şəkildə inkişaf etdirilir ki, bu da belə dronlara müstəqil şəkildə marşrutlar tərtib etməyə və hədəflərə çatmağa imkan verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular