Yaponiyada aparılan araşdırmada evli cütlüklərin ayrı-ayrı soyadlardan istifadə etməməyi seçsələr, 500 il ərzində hamının eyni soyada sahib olacağı proqnozlaşdırılıb.
Modern.az "Guardian"a istinadən xəbər verir ki, araşdırmaya görə, Yaponiyada evli cütlüklər öz soyadlarından istifadə etməsələr, 2531-ci ildə hamı eyni soyada sahib olacaq.
Belə ki, təxminən 500 ildən sonra Yaponiyada hər kəsin soyadı “Sato-San” olacaq.
Tədqiqat 1800-cü illərdən başlayaraq Yaponiyadakı soy ağaclarını izləyir və gələcək üçün bir proyeksiya təklif edir. Proyeksiyanın nəticəsi budur ki, evli cütlüklər öz soyadlarını saxlamasalar, 2531-ci ildə hamı eyni soyaddan istifadə edəcək:
“Onda biz bir-birimizi ya adlarımızla, ya da nömrələrimizlə çağırmağa başlayacağıq. Bu, xoş deyil”.
Sato Yaponiyada ən çox yayılmış soyaddır. Satodan dərhal sonra Suzuki soyadı gəlir.
Bəzi sosial media istifadəçiləri 1 aprel bazar ertəsi yayımlanan bu araşdırmanın "1 aprel" zarafatı olduğunu düşünsələr də, bu nəticələrin zarafat olmadığı və araşdırmanın mart ayının sonunda tamamlandığı bildirilib.