Modern.az

Rumıniyada NATO təlimi başlayır

Rumıniyada NATO təlimi başlayır

6 Aprel 2024, 19:46

Rumıniya Hərbi Dəniz Qüvvələri aprelin 8-dən 21-dək “Sea Shield 24” çoxmillətli təlimlərini keçirəcək.

 

Modern.az xəbər verir ki, təlimlərdə 12 NATO üzvü və tərəfdaş ölkə (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) iştirak edəcək.

 

“Sea Shield 24” bu il Rumıniya Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi ən əhatəli təlim olaraq ölkənin maraqlarını regional və beynəlxalq miqyasda təşviq etməyə, həmçinin iştirakçı dövlətlərin hərbi dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa yönəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular