Modern.az

24 yaşlı oğlan öldürüldü - Şübhəli dərhal saxlanıldı

24 yaşlı oğlan öldürüldü - Şübhəli dərhal saxlanıldı

Hadisə

7 Aprel 2024, 07:57

Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

İlkin məlumata görə, hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu