Modern.az

Şərqi Türküstanda ZƏLZƏLƏ

Şərqi Türküstanda ZƏLZƏLƏ

Dünya

7 Aprel 2024, 13:52

Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,1 maqnitudalı zəlzələ olub.

 

Modern.az Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Çinin Kuçar qəzasından 58 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

 

Xatırladaq ki, sonuncu dəfə sözügedən bölgədə bir neçə nəfərin ölümü ilə nəticələnmiş güclü zəlzələ yanvarın 23-də olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular