Modern.az

9 yaşlı uşağı MAŞIN VURDU

9 yaşlı uşağı MAŞIN VURDU

Hadisə

7 Aprel 2024, 18:43

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində 9 yaşlı uşaq xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə İmişli şəhərindəki Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

 

Zamanov Ramo Mustafa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən 2015-ci il təvəllüdlü Xancanov Əlizadə Elman oğlunu vurub. Xəsarət alan uşaq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU