Modern.az

İran hücumdan sonra konsulluğun fəaliyyətini bərpa etdi

İran hücumdan sonra konsulluğun fəaliyyətini bərpa etdi

Dünya

7 Aprel 2024, 21:16

İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğu İsrailin hücumundan sonra fəaliyyətini bərpa edib

 

Modern.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

 

İranın diplomatik missiyası dağıdılmış konsulluğa bitişik binada iş təşkil edib. Agentlik bildirir ki, səfirliyin konsulluq şöbəsi şənbə günü, aprelin 6-da öz qapılarını açıb və tam xidmət göstərir.

 

Qeyd edək ki, aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livan qüvvələrinin generalı və komandiri Məhəmməd Rza Zahedi İsrail hərbi hava qüvvələrinin konsulluğa endirdiyi zərbə nəticəsində öldürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular