Modern.az

Xankəndidə xeyli sayda silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli sayda silah-sursat AŞKARLANDI

Aktual

8 Aprel 2024, 09:46

Həftəsonu Xankəndi şəhərində 12 silah aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da və 7-də Xankəndi şəhəri ərazisindən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, həftəsonu paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər çərçivəsində aprelin 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU