Modern.az

Müəllimlərin yerdəyişmə müsabiqəsinə qeydiyyat yekunlaşdı

Müəllimlərin yerdəyişmə müsabiqəsinə qeydiyyat yekunlaşdı

Təhsil

8 Aprel 2024, 11:01

Xəbər verildiyi kimi, aprelin 2-dən dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanıb.


Modern.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər qeydiyyatı 8 aprel saat 11:00-da yekunlaşıb.

Müsabiqəyə qatılan müəllimlər prosesdə diqanostik qiymətləndirmə, sertifikasiya və ya MİQ imtahanlarında topladığı balla iştirak edə bilər.

Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesində iştirak edərək uğur qazanmayan təhsilverənlər öz iş yerlərində fəaliyyətini davam etdirəcəklər

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi