Modern.az

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Aktual

8 Aprel 2024, 15:04

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Saatlı rayon sakini E.Həsrətov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsdən qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balıqları aşkar edilib.

 

Araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal