Modern.az

Zərdab-Kürdəmir yolunda ağır qəza - Ölən var

Zərdab-Kürdəmir yolunda ağır qəza - Ölən var

Hadisə

8 Aprel 2024, 15:50

Zərdab-Kürdəmir yolunda qəza olub.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a cavab olaraq bildirib ki, bu gün saat 11 radələrində Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində Ağcəbədi rayon sakini K.Hüseynovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Zərdab rayon sakini Eyyub Eyyubovun idarə etdiyi "VAZ" markalı maşın toqquşub.

 

Hadisə nəticəsində E.Eyyubov ölüb.

 

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!