Modern.az

Naxçıvanda özəlləşdirmədən daxilolmalar ARTIB

Naxçıvanda özəlləşdirmədən daxilolmalar ARTIB

İqtisadiyyat

8 Aprel 2024, 16:35

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648,3 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

 

Bu barədə Modern.az-a Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

 

"Yanvar-mart aylarında muxtar respublikada 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi