Modern.az

Polis Beyləqanda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis Beyləqanda əməliyyat keçirdi - Saxlanılanlar var

Aktual

9 Aprel 2024, 08:30

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

 

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU