Modern.az

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub

Aktual

9 Aprel 2024, 10:08

Bu ilin I rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 11,9 mini pensiya, 39 mini müavinət və təqaüd təyinatları olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

 

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU