“Tavuş vilayətində delimitasiyanın başlanması ilə bağlı yekun qərar yoxdur”.
Modern.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan parlamentdə delimitasiya və demarkasiya məsələləri ilə bağlı keçirilən qapalı görüşdə deyib.
O bildirib ki, bütün məsələlər üzrə konsensus lazımdır.
“Ermənistanla Azərbaycan təhlükəsizlik, eləcə də sərhədyanı zonaların sakinləri üçün sosial-məişət və hüquqi xarakterli məsələlər həll olunduqda demarkasiyaya başlaya bilərlər”, - Qriqoryan vurğulayıb.