Modern.az

Tokayevin müşaviri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı

Tokayevin müşaviri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı

Aktual

9 Aprel 2024, 15:08

Qazaxıstan Respublikasının Prezidentinin müşaviri, beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal