Modern.az

İranda polis maşınlarına hücum - 6 nəfər öldü

İranda polis maşınlarına hücum - 6 nəfər öldü

Dünya

9 Aprel 2024, 17:54

İranda polis maşınlarına hücum edilib, ölənlər var.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

 

Məlumata görə, İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətinin Saravan şəhəri yaxınlığında silahlı şəxslər polis avtomobillərinə hücum edib.

 

Hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.

 

"Tasnim" isə 6 polis əməkdaşının həlak olduğunu yazıb. İki polis əməkdaşı isə yaralanıb.

 

“Ceyş Əl-Ədl” terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj