Aprelin 10-da İrəvanda parlamentin növbəti dördgünlük iclası davam edir.
Bu gün deputatlar 12 qanunvericilik təşəbbüsünü müzakirə edəcəklər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müzakirə olunacaq məsələlər arasında Ermənistan Respublikası hökumətinin 2023-cü il üçün proqramının (2021-2026) icrası və nəticələri haqqında hesabat da var.
Saat 16:30-da deputatlar baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hökumət üzvləri ilə görüşəcəklər. Parlamentarilər müəyyən aktual mövzularla bağlı onları və ictimaiyyəti maraqlandıran sualları hökumət nümayəndələrinə vermək imkanı əldə edəcəklər.