Modern.az

“Ermənistan-Türkiyə sərhədinin açılması epoxal hadisə olacaq” - Paşinyan

“Ermənistan-Türkiyə sərhədinin açılması epoxal hadisə olacaq” - Paşinyan

Dünya

10 Aprel 2024, 12:23

“Türkiyə ilə münasibətlərdə bizim gözləntilərimiz var”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziro Nikol Paşinyan parlamentdə deyib.

“Biz əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması region üçün epoxal hadisə olacaq.

“Mən indi Ermənistan-Türkiyə münasibətlərindən danışıram, erməni-türk münasibətlərindən deyil. Bu iki formulun ümumi xüsusiyyətləri var, lakin onlar eyni deyil”, - baş nazir bildirib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj