Ukrayna Rusiya Federasiyasına qarşı yeni əks-hücum planı hazırlayıb.
Modern.az xəbər verir ki, bunu “Bild”ə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Bəli, əks-hücum planımız var. Biz mütləq qalib gələcəyik. Bunun alternativi yoxdur. Amma nə vədlər verə, nə də dəqiq tarix təyin edə bilmirəm”, - deyə ölkə başçısı bildirib.
Onun sözlərinə görə, bunun üçün Ukrayna Silahlı Qüvvələrinə ABŞ və digər ölkələrdən silah lazımdır.