Modern.az

Axtarışda olan 27 nəfər tutuldu

Axtarışda olan 27 nəfər tutuldu

Aktual

11 Aprel 2024, 09:52

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU