Modern.az

Maştağada mağazadan soyğunçuluq edildi

Maştağada mağazadan soyğunçuluq edildi

Aktual

11 Aprel 2024, 15:34

Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal