Modern.az

Dövlət qurumlarına məxsus yeni domenlərin sayı kəskin azalıb

Dövlət qurumlarına məxsus yeni domenlərin sayı kəskin azalıb

Aktual

11 Aprel 2024, 17:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 17 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

 

Modern.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

 

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 79 yeni subdomen də verilib ki, bu da bir il əvvələ nisbətən 49% çoxdur.

 

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal