Modern.az

Zərdabda dəhşət: Ata və 6 yaşlı qızı Kürdə batdı

Zərdabda dəhşət: Ata və 6 yaşlı qızı Kürdə batdı

12 Aprel 2024, 20:54

Zərdabda ata və qızı Kürdə boğulub.

 

Modern.az xəbər verir ki, Zərdabın Qoruqbağı kənd sakini Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar.

 

Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Bu səbəbdən də ata və qızı suda boğulublar. Hadisə ilə bağlı rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.

 

Hazırda ata və qızının axtarışları davam etdirilir. (Azərtac)

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi