Modern.az

Putinlə zamanı gələndə danışıqlar aparacağam - Şolts

Putinlə zamanı gələndə danışıqlar aparacağam - Şolts

Dünya

13 Aprel 2024, 16:36

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Tageszeitung”a müsahibəsində bildirib.

 

Jurnalistin Putinlə danışıqların mümkünlüyü ilə bağlı sualını cavablandıran O.Şolts qeyd edib: “Bu, vaxtı gələndə baş verəcək”.

 

Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya tərəfindən müəyyən şərtlər yerinə yetirilməlidir:

 

“Rusiya diktə yolu sülhü əldə etməyin mümkün olmayacağını başa düşsə, Putin hərbi kampaniyanı dayandırmalı, qoşunlarını geri çəkməli olduğunu anlasa, bu baş verəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj