İsrail hökuməti fövqəladə müharibə kabinetini toplayıb.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Bildirilir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi iclasda İranın hücumu müzakirə olunur.
İsrail bir neçə gündür İranla qarşıdurmaya hazırlaşır.
İsrailin "Kan" radiostansiyası bildirir ki, artıq 100-dən çox İran pilotsuz uçan aparatı zərərsizləşdirilib.