Modern.az

Bayden İranın hücumunu izləyir: Dəstəyimiz sarsılmazdır...

Bayden İranın hücumunu izləyir: Dəstəyimiz sarsılmazdır...

Dünya

14 Aprel 2024, 01:31

ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə birlikdə Ağ Evdəki Vəziyyət Otağından İranın İsrailə hava hücumu ilə bağlı hadisələri izləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Məlumata görə, Bayden həftəsonu tətilini yarımçıq dayandırıb və Vaşinqtona qayıdıb.

 

Bayden İranın İsrailə hücumu ilə bağlı müdafiə naziri Lloyd Austin, Dövlət katibi Antoni Blinken, Baş Qərargah rəisi general Çarlz Braun, CIA direktoru Bill Burns və Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivanla danışıqlar aparacaq.

 

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Vatson İranın hücumu ilə bağlı yazılı açıqlama verib, "İran İsrailə hava hücumu təşkil etdi. Prezident Baydenin mesajı açıqdır: İsrailin təhlükəsizliyinə dəstəyimiz sarsılmazdır. ABŞ İsrail xalqının yanındadır", - o deyib.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj