Modern.az

İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək

İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək

Dünya

14 Aprel 2024, 19:41

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Fidan dünən gecə İranın İsrailə qarşı reaksiyasından sonra bölgədə daha da gərginliyin yaşanmasını istəmədiyini və gərginliyi artıracaq addımların sona çatmasını arzuladığını bildirib.

 

İranın xarici işlər naziri də İsrailə qarşı cavab əməliyyatının başa çatdığını və ölkəsinə hücum edilmədikcə yeni əməliyyata başlamayacağını bildirib.

 

Abdullahian qeyd edib ki, İran yenidən hücuma məruz qalsa, bu dəfə daha sərt cavab verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı