Modern.az

Fidan Blinkenlə İranın hücumunu müzakirə etdi 

Fidan Blinkenlə İranın hücumunu müzakirə etdi 

14 Aprel 2024, 20:53

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, telefon danışığı zamanı İranın İsrailə hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

 

Fidan vurğulayıb ki, Türkiyə regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatdır.

 

O, Türkiyənin Qəzzada böhran başlayandan bəri regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı