Modern.az

Blinken müavinini Türkiyəyə göndərir

Blinken müavinini Türkiyəyə göndərir

14 Aprel 2024, 21:51

ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutacaq.

 

Modern.az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı martın 7-8-də Vaşinqtonda keçirilmiş VII ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşdə qərarlaşdırılan mövzular başda olmaqla ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır.

 

Bununla yanaşı, regional və qlobal hadisələr, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmadakı son vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı