Ukrayna silahlı qüvvələri bu il iyulun ortalarında Krım körpüsünə hücum planlaşdırıb.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri yazıb.
Portalın məlumatına görə, Ukrayna hücum üçün 20-dən 40-a qədər “Storm Shadow” və “SCALP” qanadlı raketlərindən istifadə edə bilər.
Ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələri Krım körpüsünün yoluna zərbə endirmək üçün F-16 qırıcılarından istifadə edə bilər. Qərb mətbuatının yazdığına görə, Ukrayna bu qırıcıları iyun-iyul aylarında qəbul edəcək.