Modern.az

ABŞ İsraili müdafiə etməyə hazırdır - Penraqon rəhbəri

ABŞ İsraili müdafiə etməyə hazırdır - Penraqon rəhbəri

Dünya

15 Aprel 2024, 08:14

Pentaqon rəhbəri Lloyd Ostin həftəsonu İranın İsrailə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla üçüncü danışıqlarını keçirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Pet Rayder bildirib.

 

"Nazir vurğulayıb ki, ABŞ eskalasiyaya can atmasa da, biz İsraili və Amerika personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyik", - deyə o vurğulayıb.

 

"ABC News" televiziya kanalı yüksək rütbəli Amerika müdafiə və təhlükəsizlik rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar İsrailin cavabında iştirak etmək niyyətində deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj