Modern.az

Gimnastlarımız beynəlxalq turnirdə 7 qızıl medal qazandılar

Gimnastlarımız beynəlxalq turnirdə 7 qızıl medal qazandılar

İdman

15 Aprel 2024, 09:18

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.

Modern.az xəbər verir ki, birinci böyüklər, ikinci isə gənclər arasında bu nailiyyətə imza atıb.

Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI