ABŞ dövlət katibi Antoni Blinken Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə İranın İsrail ərazisinə endirdiyi zərbəni müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Geniş yayılmış bəyanatlardan belə çıxır ki, ABŞ dövlət katibi dörd ölkənin xarici işlər naziri ilə İranın İsrailə “görünməmiş hücumunu” müzakirə edib.
Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, Blinken qeyd edib ki, Vaşinqton Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə çalışmır, lakin İsraili və onun regionda yerləşən qoşunlarını müdafiə etməyə hazırdır.