Modern.az

Bakı Şəhər Təhsil İdarəsinin yeni mətbuat katibi məlum oldu

Bakı Şəhər Təhsil İdarəsinin yeni mətbuat katibi məlum oldu

Media

26 Oktyabr 2013, 12:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişib. Modern.az saytının xəbərinə görə, Zəminə Əliqızı bu postdan çıxarılıb.

Təhsil Nazirliyindən Modern.az saytına bildirilib ki, artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun yeni müdirinin adı da məlumdur.

Təhsil naziri Mikayıl Cabbarovun oktyabrın 25-də imzaladığı əmrlə həmin vəzifəyə Arzu Tairquliyeva təyin olunub.

Qeyd edək ki, Arzu Tairquliyeva bundan öncə "İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi vəzifəsində işləyib.

Aytən ƏLİYEVA   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi