Modern.az

Qəbul imtahanı üçün qeydiyyatdan keçənlərin sayı - Ən çox bu qruplardadır

Qəbul imtahanı üçün qeydiyyatdan keçənlərin sayı - Ən çox bu qruplardadır

16 Aprel 2024, 13:01

Dünən I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat başlayıb.


Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 10 mindən çox abituriyent qeydiyyatdan keçib.


Məlumata görə, ən çox qeydiyyat II ixtisas qrupundadır. 3472 nəfər bu qrup üzrə müraciət edib.


I ixtisas qrupu üzrə 3171 nəfər, III qrup üzrə 3021 nəfər, IV qrup üzrə isə 989 nəfər qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 9361 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

 

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək